Ədliyyə Nazirliyi deputat Zahid Oruca cavab məktubu göndərib. Bu barədə Modern.az saytına millət vəkili məlumat verib.
“Bir müddət öncə ümummili lider Heydər Əliyevin şərəf və ləyaqətinin toxunulmazlığı üçün hər hansı mexanizimlərin tapılması ilə əlaqədar Ədliyyə Nazirliyinə müarciət etmişdim. Nazirlik artıq məktubuma cavab verib. Cavabla bağlı hər hansı detala toxunmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, məktubda göstərilənlər məni qane edir. Onu deyə bilərəm ki, ədliyyə naziri dövlətimizə, millətimizə sədaqətli bir şəxsdir”.
Modern.az