Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzənin etimadnaməsini qəbul edib. Səfir Metyu Brayzə fəxri qarovul dəstəsinin qarşısından keçib.
Metyu Brayza etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı səfiri yeni təyinatı münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.