Modern.az

Daha 20 həkim imtahan verib

Daha 20 həkim imtahan verib

17 Fevral 2011, 17:56

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanı keçirilib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, imtahan 16.02.2011-ci il tarixində mikrobiologiya ixtisası üzrə keçirilib,  imtahanda 20 həkim iştirak edib.

Növbəti test imtahanı neyrocərrahiyyə və stomatologiya ixtisasları üzrə 23.02.2011-ci il tarixində keçiriləcək.

Qeyd edək ki,  sertifikasiya imtahanlarının ikinci -müsahibə mərhələsindən bu günə kimi üç ixtisas üzrə imtahan keçirilib. Bunlar  mama–ginekologiya, anesteziologiya-reanimatologiya, dermatovenerologiya ixtisaslarıdır.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat