Türkiyə Böyük Millət Məclisi plenar sessiyada (TBMM) «Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə»ni ratifikasiya edib. (APA).
Müqavilə 2010-cu ilin avqust ayında Bakıda prezident İlham Əliyev və Abdulla Gül tərəfindən imzalanıb. Azərbaycan Milli Məclisi “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə»ni 2010-cu ilin dekabr ayında ratifikasiya edib.
Qeyd edək ki, iki ölkə arasında imzamalanan sənəd «Hərbi-siyasi və təhlükəsizlik məsələləri», «Hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri», «İqtisadi əməkdaşlıq məsələləri», «Humanitar məsələlər» və «Ümumi və yekun müddəalar»dan ibarətdir.
Modern.az