Danimarkanın tanınmış "Avedovre” kitabxanasında Xocalı faciəsinin ildönümü keçirilək. Bu haqda Modern.az-a məlumatı Danimarkada fəaliyyət göstərən Azərbaycan-Türk Qadınlar Birliyinin sədri Anaxanım Hüseynova bildirib: ”Bu gün Azərbaycan həqiqətlərinin Danimarka ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətimizi gücləndiririk və məhz tədbiri ölkənin tanınmış "Avedovre " kitabxanasında təşkil etmişik ki, Danimarkalı ziyalılar, tələbələr Xocalı faciəsi haqqında məlumatlansınlar”.
Fəal diasporçu fikrini davam etdirərək bildirib tədbir iştirakçılarına kitablar, broşuralar təqdim olunacaq və hadisələri əks-etdirən sənədli filmlər göstəriləcək. Hadisələr zamanı erməni-rus birləşmələri tərəfindən həlak olan şəhidlərimizin ruhuna ehsan süfrəsi açılacaq.
Tədbir fevral ayının 26-da saat 15:00-da tamam baş tutacaq. Tədbiri Azərbaycan-Türk Qadınlar Birliyi və “Vətən” Cəmiyyəti tərəfindən təşkil ediləcək.
Modern.az