Modern.az

Prezident köçkünlərin mənzil-məişət şəraiti ilə bağlı yeni sərəncam verib

Prezident köçkünlərin mənzil-məişət şəraiti ilə bağlı yeni sərəncam verib

21 Fevral 2011, 19:54

Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işlərin davam etdirilməsi məqsədi ilə növbəti sərəncam imzalayıb.
Bu sərəncamla ölkə başçısı “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələri təsdiq edib. 
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Dövlət Neft Fondu bu sərəncamda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə bağlı tələb olunan vəsaitin növbəti illərin dövlət büdcəsində və Azərbaycan Respublikasının Dövlət Neft Fondunun büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görməlidirlər. 
Nazirlər Kabineti isə sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı görülən işlər barədə prezidentə mütəmadi məlumat verəcək

İndiyədək ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınıb, 100 min nəfərdən çox didərgin yeni evlərə köçürülüb, 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, müvafiq infrastruktur yaradılıb.
Bununla yanaşı, məcburi köçkünlərin böyük əksəriyyəti hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayır və ciddi sosial problemlərlə üzləşirlər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat