Modern.az saytının məlumatına görə, Azərbaycan Respublikası Xarici işlər nazirliyi ölkə vətəndaşlarına Yəməndə son günlər baş verən qanlı ştişaşlarla əlaqədar bu ölkəyə getməmək barədə xəbərdarlıq edib.
Məlumatda göstərilib ki, Yəmənin paytaxtı Səna və eləcə də Ədən, Saada, Dhamar, Marib Şabvah, Amran, Abyan və Cavf şəhərlərində kritik vəziyyət höküm sürdüyündən bu şəhərlərə səyahətlərin təxirə salınması tövsiyə olunur.
XİN-in rəsmi müraciətində o da qeyd edilib ki, Yəməndə daimi, müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və iğtişaşlara qarışmamaları və yaranmış hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyinə və Səfirliyin Ciddə şəhərindəki Ofisinə müraciət etmələri tövsiyə olunur.
Modern.az