Mühasibat uçotu və audit sahəsində ölkədə aparılan islahatların, o cümlədən Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) üzrə nəticələrin müzakirə edilməsi məqsədilə Maliyyə Nazirliyinin təşkilatçılığı ilə sabah “Milli Mühasibat Uçotu sistemində islahatlar: ilkin nəticələr” mövzuda konfrans keçiriləcək.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, tədbirdə milli mühasibat uçotu sisteminin təkmilləşdirilməsi, mühasibat və maliyyə uçotu sahəsində görüləcək işlər, korporativ və büdcə sektorları üzrə maliyyə hesabatlarında şəffaflığın və hesabatların peşəkar səviyyəsinin artırılması, mühasibat və audit sahəsində maarifləndirmə işinin təşkili ilə bağlı müzakirələr aparılacaq.
Tədbirdə müxtəlif dövlət orqanlarının, içtimai əhəmiyyətli qurumların, bank və sığorta təşkilatların, ali təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatlarının, habelə
Dünya Bankının və digər maraqlı tərəflərin nümayəndələri də iştrak edəcək.
Modern.az