Modern.az

ATƏT PA-da azərbaycanlı səfirin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

ATƏT PA-da azərbaycanlı səfirin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Təhsil

25 Fevral 2011, 14:52

Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) onuncu qış sessiyasının ilk iclas günündə Azərbaycanın Vyanada vəfat etmş səfirinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu barədə Modern.az saytına açıqlamasında Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov məlumat verib. Deputat qeyd edib ki, sükutdan sonra qurum rəhbərliyi Azəraycan nümayəndə heyətinə başsağlığı verib: “Sessiyanın açılışında ATƏT-ə üzv olan bütün ölkələrin təmsilçiəri iştirak edirdi. Biz bunu Azərbaycana qarşı qurumun sayğısı kimi dəyərləndiririk”.

Xatırladaq ki, Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov bir neçə gün öncə ürək xəstəliyindən dünyasını dəyişib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat