Müştəri məmnuniyyətinə hər zaman böyük dəyər verən “Nurgün Motors” “NISSAN Servis” Mərkəzlərində yeni kampaniyaya start verdi. 10 mart – 10 may 2011-ci il tarixində keçiriləcək kampaniya zəmanət müddəti bitmiş avtomobillər üçün nəzərdə tutulub. Belə ki, kampaniya müddətində zəmanət müddəti bitmiş avtomobillər üçün hərəkətli hissələrin DİAQNOSTİKASI NISSAN Servis Mərkəzlərində PULSUZ həyata keçiriləcək. Bundan başqa əlaqədar ehtiyat hissələri və İşçilik Haqqına isə 20% ENDİRİM olunacaq.
“NURGÜN Motors” şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 2 (Babək pr.31, Salamzadə küç.2) ünvanda, həmçinin Gəncə şəhərində (Gəncə-Şəmkir şossesi 1-ci km) salonları fəaliyyət göstərir. “Nurgün Motors”un salonlardan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.
“Nurgun Motors” müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülmüşdür.