Modern.az

Deputat Strasburqda azərbaycanlı gənclərlə görüşəcək

Deputat Strasburqda azərbaycanlı gənclərlə görüşəcək

Təhsil

10 Mart 2011, 15:35

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad MuradovStrasburqda keçiriləcək ASAIF forumunda iştirak edəcək. Tədbir 11-12 mart, 2011-ci il tarixlərində Fransanın Strasburq şəhərində Avropa Gənclik Mərkəzində keçiriləcək. Forumda bir qayda olaraq xaricdə təhsil alan tələbələr və məzunlar iştirak edirlər.  Millət vəkili Fuad Muradov tədbirdə «Gənclər və ictimai diplomatiya» mövzusunda çıxış edəcək.

Millət vəkili bildirib ki,  Forumunun əsas məqsədi Azərbaycanın dəyərli gənc istedadlarına dəstək olmaq üçün gələcək əsasların qurulması, yeni vasitə və imkanların tədqiq edilməsi və yaradılmasına nail olmaqdır. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat