Modern.az

“İnqilab ilhamçısı” NDİ Azərbyacandan çıxarılır

“İnqilab ilhamçısı” NDİ Azərbyacandan çıxarılır

Təhsil

10 Mart 2011, 17:40

Ədliyyə Nazirliyi bu beynəlxalq quruma ofisini bağlamaq barədə xəbərdarlıq edib

 

ABŞ Milli Demokratiya İnstitutuna (NDI) Bakı ofisini bağlamaq barədə xəbərdarlıq edilib. Bu barədə Azadlıq Radiosu məlumat yayıb. Daxil olan məlumata görə, martın 7-də NDI Azərbaycan nümayəndəliyinin rəhbəri Alex Grigorievs Ədliyyə Nazirliyinə çağırılıb və ona ofisi bağlaması barədə xəbərdarlıq məktubu təqdim olunub. Məktubda Azərbaycan qanunvericiliyinin beynəlxalq təşkilatların ölkədə qeydiyyatsız fəaliyyətinə imkan vermədiyi bildirilir və Milli Demokratiya İnstitutundan fəaliyyəti dayandırmaları tələb olunur. Milli Demokratiya İnstitutu son beş ildə bir neçə dəfə qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edib və hər dəfə rədd cavabı alıb. Hal-hazırda ABŞ səfirliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və NDI-nin Vaşinqton ofisi ilə məsləhətləşmələr aparılır. Birləşmiş Ştatların Bakıdakı səfirliyinin sözçüsü Kieth Bean bildirib ki, NDI nümayəndəliyi ilə bağlı məsələni aydınlaşdırmağa çalışırlar. Məsələ aydınlaşan kimi rəsmi məlumat yayılacaq. NDI Azərbaycanda siyasi partiyalarla bağlı proqramları bir ildən artıqdır ki, dayandırmışdı. Təşkilatın ölkədə əsas fəaliyyət dairəsi seçki monitorinqi və gənclərlə iş idi. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat