Modern.az

Prezidentin müşavirədə verdiyi tapşırıqlarla bağlı rəsmi qurumlardan açıqlamalar gəldi

Prezidentin müşavirədə verdiyi tapşırıqlarla bağlı rəsmi qurumlardan açıqlamalar gəldi

11 Mart 2011, 10:34

Martın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində paytaxt və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirə keçirilib. Prezident öz nitqində Bakıətrafı kənd və qəsəbələrdə yolların abadlaşdırılmasını, qeydiyyatsız evlərin sənədləşdirliməsiniŞ kommunal xitmətlərin səviyyəsinin yüksəldilməsini vacib sayıb və bununla bağlı müvafiq tapşırıqlar verib.

“Azəryolservis”ASC, “Bakıelektrikşəbəkə” ASC, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi prezidentin tapşırıqlarından irəli gələn vəzifələrin icrası ilə bağlı hansı işləri görəcək? “Azəryolservis”in mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev  Modern.az-a hələ baxacaqlar, görəcəklər prespektiv planda nə var. Bundan sonra məlumat veriləcək.

“Bakıelektrikşəbəkə”nin mətbuat xidmətin rəhbəri Tanrıverdi Mustafayev deyib ki, iki mərhələdən ibarət geniş proqramları var: “Birinci mərhələ 2006-2010-cu illəri əhatə edir. Son dörd ildə görülən işlər müşavirədə cənab prezident tərəfindən də qiymətləndirildi”.

T.Mustafayev prezidentin “Bakıelektrikşəbəkə”nin işindən razı olduğunu qeyd edib:

“Hazırda Bakı şəhərində əhali 24 saat işıqla təmin olunur.

2010-cu ildən sonrakı dövrü əhatə edən ikinci mərhələdə isə görüləcək işlər çoxdur. Yeni qəsəbələrin, müəssisələrin, sexlərin salınması və onların fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün yeni yarımstansıyalar tikiləcək, transformatorlar quraşdırılacaq”.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Qulu Xəlilov ölkə prezidentinin müvafiq tapşırığı ilə bağlı lazımı tədbirlərin görüləcəyini bildirib:

“Bakı şəhərində olan sənədsiz evlərin sənədləşdirilməsi birbaşa Bakı şəhər İcra Hakimiyyətinə tapşırılıb. Əmlak Komitəsinə verilən bütün tapşırıqlar isə vaxtında yerinə yetiriləcək”.

 

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat