Orxan Mansurzadə: “Əgər mitinq keçirilsə, qarşısı alınacaq”
“Bu gün şəhərdə gənclər tərəfindən hər hansı aksiyaların keçirilmə cəhdi ilə bağlı məlumat daxil olmayıb”. Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Analitik-informasiya şöbəsinin rəisi Orxan Mansurzadə bildirib. Onun sözlərinə görə, bəzi sosial şəbəkələrdə bu gün Bakıda aksiya keçirilməsi ilə məlumatlar yayılsa da, hələlik şəhərdə asayişin pozulması halı müşahidə edilmir. “Əgər mitinq keçilirsə, bu, qanunsuz hesab olunacaq və qarşısı alınacaq”-deyə O.Mansurzadə bildirib.
Qeyd edək ki, artıq bir neçə gündür “Facebook”da bir qrup gənc tərəfindən “Böyük Xalq Günü” keçirilməsi məqsədi ilə gəncləri etiraz mitinqinə çağıran məlumatlar yayılıb. Onlar ölkə gənclərini martın 11-də küçələrə çıxmağa çağırırlar.