Modern.az

Deputat bugünkü aksiyanı "internet küləyi" adlandırdı

Deputat bugünkü aksiyanı "internet küləyi" adlandırdı

11 Mart 2011, 15:24

“Böyük Xalq Günü” adlı aksiya çərçivəsində bu gün Bakıda gənclərin keçirdiyi kütləvi yürüşlər deputat Zahid Oruc tərəfindəın pislənilib.

Modern.az saytına açıqlamasında deputat deyib ki, gənclər Azərbaycan hakimiyyətinin mütəffiqidir, rəqibi deyil: “Ancaq gənclik elə bir qüvvədir ki, o heç bir tərəfin, təşkilatın stabil bazası da deyil”.

Bakıda gənclərin keçirdiyi “Böyük Xalq Günü” adlı aksiyanın 1990-cı ili xatırlatdığını deyən deputat bildirib ki, o zaman da tələbə hərəkatının arxasında gizlənən qüvvələr var idi: “Bu qüvvələr tələbə hərakatından istifadə edərək öz əməllərinə, niyyətlərinə çatmaq istəyirdilər. İndi də bu niyyətdə olan qüvvələr var. Ancaq bu gün başqa məsələ də var. Virtual məkanda səs-küy yaratmaqla gerçəklik eyni deyil. Bu gün Azərbaycan gəncliyi elə bir vəziyyətdə, səviyyədə deyil ki, hər hansı Avropa ölkəsində yeməkxanda oturub onu internetlə idarə edəsən. Sadəcə, bəzi qüvvələr var ki, onlar beynəlxalq güclərdən özləri yararlanmaq, beynəlxalq güclərə özlərini göstərmək üçün bu məslədən istifadə edirlər. Ancaq hesab edirəm ki, bizim gəncliyimiz siyasi maraqların fiziki və bioloji yemi olmayacaq”.

Deputat bildirib ki, yürüş iştirakçılarının aksıyanı məhz metrostansiyaların çıxışında keçirmək istəmələri təsadüfi deyil: “Onlar fərdi aksiyanı kütləvi tədbir anlamına gətirmək istəyirlər. Niyə dar, uzun küçələr seçilir, niyə boş yerlər, geniş yerlər seçilmir. Bunlar belə yerlər seçməklə diqqəti çəkmək, qarşıdurma yaratmağa çalışırlar. Təbii ki, mən polisin məsələyə reaksiyasını adekvat sayıram. Onu da qeyd edim ki, onlar əvvəlcədən polisə yazılı məlumat verməli idilər, verilməyibsə, demək bu, icazəsiz aksiyasıdır. Hər halda müşahidələrim onu göstərir ki, bu günkü aksiya “internet küləyi”ndən başqa bir şey deyil”. 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat