Modern.az

Müsavatın mitinqi Fəvvarələr meydanında olacaq

Müsavatın mitinqi Fəvvarələr meydanında olacaq

11 Mart 2011, 15:54

Müsavat Partiyası martın 12-də elan etdiyi aksiyanın keçirləcəyi yeri açıqlayıb. Müsavat sabahkı mitinqini Fəvvarələr meydanında keçirmək qərarı verib. Bu barədə Müsavat başqanının müavini Arif Hacılı Modern.az –a bildirib. A.Hacılının sözlərinə görə, martın 11-də partiya rəhbərliyinin və fəallarının müşavirəsi keçirilib, mitinq məsələsi müzakirə olunub. Müşavirədə qərara alınıb ki, mitinq martın 12-də saat 14.00-da paytaxtın mərkəzində - Fəvvarələr bağında keçirilsin.

Etiraz aksiyası  “Azadlıq!”, “Azad seçki!”, “Demokratik islahatlar!”, “Rüşvətə yox!” şüarları altında keçiriləcək. 

 

Qeyd edək ki, Müsavat Partiyası 12 mart aksiyasını paytaxtın “Təbriz” kinoteatrının qarşısında keçirmək istəsə də, Bakı Şəhər İcra Hakimiyyəti buna icazə verməyib. Paytaxt meriyası hesab edir ki, “Təbriz” kinoteatrının qarşısındakı meydan nəqliyyatın intensiv şəkildə işlədiyi ərazidə yerləşir. Ona görə də Bakı Şəhər İcra Hakimiyyəti həmin ərazidə mitinq iştirakçılarının təhlükəsizliyinə təminat verə bilmədiyini vurğulamış və aksiyanın Bibiheybət stadionunda keçirilməsini təklif etmişdi. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat