Modern.az

Səhiyyə Nazirliyinə 460 şikayət daxil olub

Səhiyyə Nazirliyinə 460 şikayət daxil olub

14 Mart 2011, 15:35

Səhiyyə Nazirliyinin “qaynar xətt” xidmətinə (565-12-64) 23 fevral 2011-ci il tarixindən 14 mart 2011-ci il tarixinədək 998 müraciət daxil olub. Modern.az saytının məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, daxil olmuş müraciətlərin 460-ı  şikayət xarakterli, 326-sı sorğu, 115-i əsassız müraciətlər, 97-si isə aidiyyəti üzrə deyil. ““Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülmüşdür”-deyə nazirlikdən bildirilib. Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat