Modern.az

Ərdoğan 4 dəfə xəsətəxanaya zəng edib İbrahim Tatlısəsin vəziyyətini soruşub

Ərdoğan 4 dəfə xəsətəxanaya zəng edib İbrahim Tatlısəsin vəziyyətini soruşub

14 Mart 2011, 19:21
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan xəstəxanaya zəng edərək ünlü müğənni, İbrahim Tatlısəsin vəziyyəti ilə maraqlanıb.

Modern.az saytının türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətcinin keçmiş həyat yoldaşı Dərya Tuna bildirib ki, R.T.Ərdoğan xəstəxanaya 4 dəfə zəng edərək sənətcinin vəziyyəti ilə bağlı məlumat alıb.

“Allah razı olsun, daim vəziyyətlə maraqlanır, vəziyyətin nə yerdə olduğunu zəng edib soruşur”- deyə Dərya Tuna bildirib. 

Xatırladaq ki, martın 13-də İ.Tatlısəs  “Beyaz” TV-də yayımlanan “İbo Shou” praqramından sonra  silahlı hücuma məruz qalıb. Başından üç ağır güllə yarası alan sənətci Maslak Acıbadem Xəstəxanasında əməliyyat olunub.
Hazırda İ.Tatlısesin reanimasiyada olduğu və ciddi təhlükənin olmadığı bildirilir. Sənətcinin həyatına sui-qəsd təşkil edənlərin kimliyi hələki məlum deyil, polis hadisə ilə bağlı araşdırmalar aparır.

Maslak Acıbadem xəstəxanasının baş həkimi Çağlar Cuhadaroğlu mediaya deyib ki, sənətçinin bədəninin bir hissəsi iflic ola bilər.

Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat