Modern.az

Azərbaycan prezidenti ATƏT sədrini qəbul edib

Azərbaycan prezidenti ATƏT sədrini qəbul edib

Təhsil

14 Mart 2011, 20:07

Prezidenti İlham Əliyev martın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Litva Respublikasının xarici işlər naziri Audronyus Ajubalisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Regiona səfərinə Azərbaycandan başladığını vurğulayan ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis ölkəmizin regionda əhəmiyyətli rol oynadığını və gələcəkdə bu rolun daha da artacağını bildirib. Azərbaycanın güclü iqtisadiyyata malik olduğunu vurğulayan ATƏT sədri ölkəmizdə demokratik islahatların da güclü şəkildə həyata keçirildiyini və bunun həmişə aktual bir məsələ olduğunu deyib. Audronyus Ajubalis keçirdiyi görüşlər və apardığı müzakirələr barədə dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev regional inkişaf və o cümlədən ölkənin ümumi inkişafı istiqamətində görüləcək işlərlə bağlı bütün məsələləri açıq müzakirə etməyin önəmini qeyd edib. Dövlət başçısı güclü iqtisadiyyat və güclü siyasi sistem qurmaqla ölkəmizi inkişaf etdirmək və müasirləşdirmək üçün siyasi, iqtisadi və sosial sahələrdə uğurlu islahatlar aparıldığını bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?