Gəncə hərbi prokurorluğundan verilən məlumata görə, Müdafiə Nazirliyinin Qazaxdakı N saylı hərbi hissəsinin əsgəri 21 yaşlı Pirverdiyev Müzəffər Rafiq oğlu Gəncədəki hərbi hospitalda dünyasını dəyişib. Prokurorluqdan bildirilib ki, bir neçə gün əvvəl hospitala yerləşdirilmiş 1990-cı il təvəllüdlü M. Pirverdiyev bu ilin yanvarında Sumqayıt şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılıbmış. Əsgərin pnevmaniyadan dünyasını dəyişdiyi bildirilir. Xaliq Qurbanov Gəncə