Xəzər İbrahim Azırbaycanın NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib
Prezident İlham Əliyevin sərəncamı ilə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, hazırda Azərbaycanın ABŞ-dakı səfirliyində işləyən Xəzər İbrahim Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib.
Prezident İlham Əliyevin digər bir sərəncamı ilə Xəzər İbrahimə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
Modern.az