Modern.az

İbrahim Tatlısəsin başına tətik çəkən şəxslə bərabər 19 nəfər tutulub

İbrahim Tatlısəsin başına tətik çəkən şəxslə bərabər 19 nəfər tutulub

17 Mart 2011, 14:02

Türkiyəli sənətçi İbrahim Tatlısəsə silahlı hücumla əlaqədar 25 müxtəlif məkanda aparılan əməliyyatlar zamanı 20 nəfər şübhəli şəxs yaxalanıb. Sui-qəsddə istifadə edilən "Kalaşnikov" markalı silah və “34 BC 6696” nömrə nişanlı avtomobil də müsadirə olunub.

Saxlanılan şəxslər arasında İbrahim Tatlısəsə qarşı 1998-ci ildə silahlı hücumun təhrikçisi kimi cəzalandırılan Abdullah Uçmak da var. CNNtürk-ün məlumatına görə, hücum zamanı tətiyi çəkən şəxs də həbs edilib. 
 
Abdullah Uçmakla İbrahim Tatlısəs arasında ziddiyyətin bir neçə il bundan əvvələ söykəndiyi məlumdur. Nəzarətə altına alınan digər şəxslərin isə Abdullah Uçmakın adamları olduğu bildirilir.
 
İbrahim Tatlısəsə silahlı hücuma cəhd etməkdə şübhəli qismində həbs edilən və 2010-cu ilin noyabr ayında həbsxanadan çıxan Abdullah Uçmakın İbrahım Tatlısəsə zəng edərək pul isdədiyi məlum olub. İbrahim Tatlısəs pulu vermədiyindən Abdullah Uçmak silahlı  hücum planlaşdırıb. 
 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?