Modern.az

Erməni müxalifəti “Azadlıq” meydanını tutub

Erməni müxalifəti “Azadlıq” meydanını tutub

17 Mart 2011, 19:42

Ter-Petrosyanın tərəfdarları polis cərgəsini yararaq meydana daxil olublar

Ermənistan müxalifəti polis kordonunu yararaq İrəvanın Azadlıq meydanına daxil olub. Bu barədə “Armenia Tudey” məlumat yayıb. Hazırda davam edən çoxminli mitinq “Levon-prezident!” şüarları ilə davam edir. Azadlıq meydanında müxalifətin bütün liderləri gəlib.

Çıxış edən Levon Ter-Petrosyan siyasi məhbusların azad olunmasını, Azadlıq meydanın açıq saxlanmasını tələb edir. Keçmiş prezident aprelin 8-də təyin olunmuş mitinqə qədər siyasi mhbusların azad olunmasını istəyib. Hazırda etiraz mitinqində 50 mindən yuxarı vətəndaş qatılıb. “Biz maksimalist deyilik və hakimiyyəti küncə sıxışdırmaq fikrimiz yoxdur. Tələblərimizə əməl edilməlidir. Yoxsa sabah 200 min adamın meydana çıxsa, onların vəziyyəti yaxşı olmayacaq”-deyə o vurğulayıb.

 

Hakimiyyət bu gün artıq iki siyasi məhbusu azad edib. Həbsdən çıxan Artun Urutyan və Roman Manacakyan mart iğtişaşlarında ittiham olunaraq həbs edilmişdilər. Urutyan prezident seçkiləri zamanı Levon Ter Petrosyanın regional qərargahının rəhbəri olub.Məhkəmənin qərarı ilə 7 il azadlıqdan mərhum edilmişdi. Manasakyan isə mart hadisələrində iştirakına görə, 2,5 il çəza verilib. Hazırda həbsdən çıxan hər iki siyasi məhbus aksiyaya qatılıb.

  

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?