Millət vəkili Zahid Oruc Bərdənin deputat seçildiyi ərazisində növbəti - 23-cü kəndə mavi yanacağın verilməsi ilə bağlı keçirilən mərasimdə iştirak edib. Bu bardə Modern.az saytına məlumat verən deputatın sözlərinə görə, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə birgə reallaşdırılan tədbir Mirasəfli kəndinin sakinlərini sevindirib.
Z.Oruc bildirib ki, yaxın vaxtlarda Bərdənin daha 8 kəndinə mavi yanacağın verilməsi nəzərdə tutulur. Millət vəkili Bərdəyə səfəri çərçivəsində təmsil etdiyi əraziyə seçiciləri ilə də bir sıra görüşlər də keçirib.
Modern.az