Modern.az

İlham Əliyev MTN-nin əməkdaşlarını təltif etdi (SİYAHI)

İlham Əliyev MTN-nin əməkdaşlarını təltif etdi (SİYAHI)

Təhsil

18 Mart 2011, 20:05

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi Sübahir Xalıq oğlu Qurbanova general-mayor ali hərbi rütbəsi verilib.

***

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasına yönəlmiş əməliyyat tədbirlərinin həyata keçirilməsində, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarını təltif edilib:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Əliyev İlqar Mustafa oğlu - polkovnik-leytenant
Əsədullayev Ədalət Hüseyn oğlu - general-mayor

“Vətən uğrunda” medalı ilə

Əhmədov Fuad Ramiz oğlu - mayor
Hüseynov Rüstəm Məhəmməd oğlu - mayor
İbrahimov Rövşən Xudaverdi oğlu - kapitan
Ləzgiyev Akif Əkbər oğlu - polkovnik-leytenant
Məmmədov Səlim İmran oğlu - polkovnik
Seyidov Cavid Mircəfər oğlu - polkovnik-leytenant

“İgidliyə görə” medalı ilə

Camalxanov Zaur Vəli oğlu - mayor
Eyvazov Əbil Məmməd oğlu - mayor
Nuruşov Vüsal Elfrond oğlu - baş leytenant
Süleymanov Elşən Müzəffər oğlu - baş leytenant

“Hərbi xidmətlərə görə” medalı ilə

Əhmədov Ramin Hüseyn oğlu - mayor
Qasımov Mahir Rəhman oğlu - ədliyyə polkovnik-leytenantı
Muxtarov Vüqar Muxtar oğlu - mayor
Mustafayev Saleh Rahid oğlu - mayor
Orucəliyev Elnur Akif oğlu - mayor

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?