Modern.az

Böyük Güclər Liviya lideri Qəddafiyə qarşı müharibəyə başladılar

Böyük Güclər Liviya lideri Qəddafiyə qarşı müharibəyə başladılar

Təhsil

20 Mart 2011, 02:28

Martın 19-dan 20-ə keçən gecə beynəlxalq aləm Liviya lideri Müəmmər Qəddafini onun rejiminə qarşı üsyan edən xalqa özünün elan etdiyi atəşkəsi pozmaqda ittiham edib. Və Avropa Birliyi, Ərəb Dövlətləri Liqası və Afrika Birliyi ölkələri Parisdə Liviyadakı vəziyyəti müzakirə ediblər. Sammitdə BMT-nin baş katibi Pan Ki Mun və ABŞ dövlət katibi Hillari Klinton da iştirak edib.

ABŞ prezidenti Barack Obama isə Ağ evdə jurnalistlərə açıqlamasında deyib ki, artıq Müəmər Qəddafi xalqın etimadını və legitimliyini itirib. Bundan sonra böyük güclərin hərbi koalasiyası Qəddafiyə qarşı hərbi əməliyyatlaa başlayıblar.

Xarici KİV-lərin məlumatına görə, Qəddafi ordusuna ilk zərbələri Fransa təyyarələri endirib. Onlar Qəddafi qoşunlarının xeyli zirehli texnikasını sıradan çıxarıblar. 

Daha sonra əməliyyatlara Böyük Britaniya, ABŞ, Kanadaİtaliya hərbi qüvvələri də qoşulublar. 
"Azadlıq" radiosunun məlumatına görə, beynəlxalq kolaisiya qüvvələrinin fəal hərbi əməliyyatlara başlamasından bir neçə saat sonra Müəmmər Qəddafi ölkədə silah anbarlarının qapısının açıldığını bildirib. Dövlət televiziyası ilə yayılan audio çıxışında o, qeyd edib ki, liviyalıların özlərini müdafiə edə bilmələri üçün onlar silahlandırılmağa başlayırlar.

Qəddafi xəbərdarlıq edib ki, Şimali Afrika və Aralıq Dənizi bölgəsi döyüş meydanına çevrilir.

Kolasiya qüvvələrinin zərbələri isə davam edir. Fransa hərbi təyyarələrinin ardınca ABŞ və Britaniya ordusu da Liviyadakı hədəflərə 110 raket buraxıb. Çoxlu ölənlərin və yaralananların olduğu bildirilir.

ABŞ prezidenti Barak Obama kolaisiya qüvvələrinin dəstəklənməsi üçün orduya “məhdud əməliyyatlar” aparmaq göstərişi verdiyini elan edib.

Bu arada Rusiya Qərbin Liviyaya qarşı hərbi əməliyyatlara başlamasından məyus olduğunu deyib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir