Modern.az

Qəddafi: “Bütün qadınları da silahlandırmışıq”

Qəddafi: “Bütün qadınları da silahlandırmışıq”

21 Mart 2011, 09:34

Liviya lideri Müəmmar Qəddafi Qərb dövlətlərinə qarşı sona qədər döyüşəcəklərini bəyan edib. Modern.az “Evronyus”a istinadən bildirir ki, xalqa müraciətlə çıxış edən Liviya lideri BMT-nin hücüm qərarını pisləyib. O qeyd edib ki,  Liviya ordusunun bütün silah anbarları xalqın ixtiyarına verilib. “Biz bütün xalqı silahlandırmışıq. Hətta qadınlara da silah verilib. Liviya bizim vətənəmizidir və onu sona qədər müdafiə edəcəyik” –deyə Qəddafi deyib. Liviya lideri ABŞ-ın burada uğur qazanmayacığını vəd edib.

    Amerika ordusunun sözçüsü polkovnik Franklin Childress BBC-ə təsdiq edib ki, B-2 bombardman raketləri Liviya mövqelərinə 40-a yaxın standart bombalar endiriblər.

Polkovnik Childress hansı hədəflərə hücum olunduğunu söyləməyib. O, deyib ki, “Tomahavk” raketlərinin kampaniyada istifadəsi davam edə bilər.

Britaniya hərbi rəsmiləri deybilər ki, ABŞ komandanlığı altında əməliyyat keçirən Britaniya qüvvələri gecə Liviyadakı "ehtiyatla seçilmiş hədəflərə" hücum ediblər.

Onlar bombardmanın təsirinin nə olduğunu söyləməyin hələ tez olduğunu bildiriblər. Rəsmilər deyir ki, Liviyanın havadan müdafiəsi hələ də təhkükə yaratmaqda davam edir.

Qərbin hərbi plançıları kəşfiyyat peykləri və digər vasitələrlə özlərinin ilk hücumlarının Liviyada polkovnik Qədafi qüvvələrinə nə qədər ziyan vurdularını araşdırırlar.

Amerika və Britaniyanın donanma qüvvələri Liviyanın hava hücumundan müdafiə nöqtələrinə 100-dən artıq raket atəşi açıb.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat