Modern.az

Ramil Usubov Polis İdarəsinin yeni binasına gedib

Ramil Usubov Polis İdarəsinin yeni binasına gedib

21 Mart 2011, 17:58

st1:*{behavior:url(#ieooui) }

Martın 21-də Sabunçu rayon Polis İdarəsinin yeni inzibati binasının açılışı olub. Tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. 

Modern.az-ın məlumatına görə, Daxili işlər naziri açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub. DİN-in Əsaslı Tikinti İdarəsinin rəisi, polis polkovniki Qasım Əliyev yeni inzibati binanın texniki göstəriciləri barədə ətraflı məlumat verib.  Qeyd olunub ki, bünövrəsi ötən ilin aprelində qoyulmuş 4 mərtəbədən ibarət tikilinin ümumi sahəsi 2850 kvadradmetrdir.  Yeni tikilidə 62 xidməti otaq, yeməkxana, 233 nəfərlik akt zalı, həmçinin müvəqqəti saxlama təcridxanası var.  Ən müasir standartlara uyğun tikilmiş bina bütün zəruri avadanlıqlarla, inventar və kommunikasiyalarla təchiz edilib. Binada mərkəzi istilik sistemi, qazanxana, split tipli kondisionerlər, ventilyasiya, rabitə-kommunikasiya xətləri quraşdırılmış, digər  yardımçı sahələr yaradılıb. Ərazi dekorativ metal şəbəkə ilə hasarlanmış, abadlıq və yaşıllaşdırma işləri görülmüş, binanın fasadı müasir işıqlandırılma sistemi ilə təchiz olunub.

General-polkovnik Ramil Usubov Növbətçi hissəyə, xidməti otaqlara, akt zalına, yardımçı sahələrə baxıb.

Görülən işləri yüksək qiymətləndirən nazir rayon Polis İdarəsinin şəxsi heyətinin normal fəaliyyət göstərməsi üçün hər cür şəraitin yaradılmasından məmnunluğunu ifadə ediv, müvafiq tapşırıq və tövsiyələrini verib.

Daxili işlər naziri Ramil Usubov əmin olduğunu bildirib ki, Polis İdarəsinin şəxsi heyəti bu diqqət və qayğıya rayon ərazisində sabitliyin, əmin-amanlığın qorunmasında və cinayətkarlıqla mübarizədə nümunəvi xidməti ilə cavab verəcək.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat