Türkiyənin "Qalatasaray" klubu baş məqçisi Georgi Hacını istefaya göndərib. Bu, superliqanın son turunda məhz əzəli rəqib "Fənərbaxça"ya məğlubiyyətdən sonra baş verib. Məlumatı Türkiyə KİV-i yayıb.
"Qalatasaray"ı növbəti oyuna - "Antalyaspor"la matça baş məşqçinin köməkçisi Tuqay Kərimoğlunun çıxaracağı gözlənilir.
Qeyd edək ki, Georgi Hacının "Qalatasaray"dakı fəaliyyəti cəmi 5 ay çəkdi. Hacı bundan əvvəl də bir dəfə klubun baş məşqçiliyindən qovulmuşdu.
Modern.az