Modern.az

Jurnalistin qətlində təqsirləndirilən sabiq prezident: "Onu mən öldürtməmişəm"

Jurnalistin qətlində təqsirləndirilən sabiq prezident: "Onu mən öldürtməmişəm"

Təhsil

23 Mart 2011, 16:58
Ukrayna Baş Prokurorluğu ölkənin sabiq prezidenti Leonid Kuçmanın mərhum jurnalist Georgi Qonqadzenin qətlində əli olması ehtimalı ilə bağlı cinayət işi açıb.Sabiq prezident isə ittihamları rədd edir. Jurnalist Georgi Qanqadze 2000-ci ildə öldürülüb.

L.Kuçma deyib ki, öz günahsızlığını sübut etmək üçün "cəhənnəmlərdən keçməyə" hazırdır. O, bu sözləri Baş Prokurorluğa istintaq sorğusu üçün baş çəkəndən sonra deyib. Dünən Ukrayna baş prokurorunun müavini bəyan edib ki, o, Kuçmanın Georgi Gonzadzenin qətlində əli olması ehtimalı ilə bağlı cinayət işi açıb. Kuçmanın tənqidçisi Qonqadzenin işi Ukraynada ən rüsvayçı həll olunmamış cinayət işidir.

Qonqadze tanınmış jurnalist idi. Onun "Ukrainskaya Pravda" veb saytı bir çox hökumət rəsmiləri arasında korrupsiyanı araşdırırdı. 2000-ci ilin sentyabrında o, yoxa çıxdı. Bir müddət sonra isə onun başı kəsilmiş cəsədi Kiyevin kənarındakı meşədə tapıldı. Daha sonra isə Leonid Kuçmanın səsinə bənzər bir səsin audioyazısı meydana çıxdı, orada kimlərəsə Qonqadze ilə məşğul olmaq təlimatı verilirdi.
Bu məsələ beynəlxalq səviyyədə qəzəb yaratdı və Leonid Kuçmanın iqtidarına müxalifəti coşdurdu. 4 il sonra isə kütləvi ictimai narazılıqlar narıncı inqilabla nəticələndi.

L.Kuçma jurnalist Qonqadzenin ölümündə əli olmadığını bildirdi və dedi ki, bunlar hamısı Qərbin onu gözdən salmaq üçün qurduğu planlardır.
Prokurorlar Kuçmanın daxili işlər naziri olmuş Yuri Kravçenkonun bu qətli sifariş verməsini bəyan edəndən sonra, ötən il bu iş bağlamışdı. Kravçenko 2005-ci ildə özünü öldürüb.

BBC-nin məlumatına görə, Kuçma deyib: "Özümü günahsız hiss etdiyimdən, sakitəm". O, Qonqadze cinayətinin "Ukraynaya və onun prezidentinə qarşı dəhşətli provokasiya" olduğunu deyib.
"Mən 10 il müxtəlif təzyiqlər altında yaşamışam. Bu gün isə cəhənnəmin bütün əzablarından keçməyə hazıram ki, qoy hamı bilsin mən nələr etmişəm və nələr etməmişəm" .

Modern.az


 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir