Modern.az

Milli Ordumuzun əsgəri şəhid olub

Milli Ordumuzun əsgəri şəhid olub

Təhsil

23 Mart 2011, 19:14

Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbçisi şəhid olub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında, qoşunların təmas xəttində baş verib. Erməni hərbçilərinin açdığı atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Samir Hidayət oğlu Ağayev həlak olub.
1986-cı il təvəllüdlü Samir Ağayev müddətdən artıq xidmət keçən hərbi qulluqçu olub. O, Tovuz rayon Hərbi Komissarlığından xidmətə çağırılmışdı. Şəhid hərbçi bu gün doğulduğu Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində dəfn edilib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən xəbəri təsdiqləyiblər.

Sizə yeni x var
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir