Modern.az

İlham Əliyev Yunanıstan prezidentini təbrik edib

İlham Əliyev Yunanıstan prezidentini təbrik edib

Təhsil

24 Mart 2011, 12:22

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın milli bayramı münasibətilə Prezident Karolos Papulyasa təbrik məktubu göndərib.
Məktubda deyilir: “Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Yunanıstan dövlətlərarası münasibətlərinin inkişafı, beynəlxalq qurumlar və layihələr çərçivəsində əməkdaşlığımızın dərinləşdirilməsi yolunda bundan sonra da səylərimizi davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir