Modern.az

Ötən il Azərbaycanda 408 nəfər vərəmdən ölüb

Ötən il Azərbaycanda 408 nəfər vərəmdən ölüb

Təhsil

24 Mart 2011, 13:26

24 mart Vərəmlə Beynəlxalq Mübarizə Günüdür. Beynəlxalq Vərəmlə Mübarizə Günü 1982-ci ildən qeyd olunur. Vərəmlə mübarizə gününün tarixi 1882-ci il martın 24-də alman mikrobioloqu Robert Koxun xəstəliyin törədicisi olan vərəm çöplərini kəşf etməsi ilə bağlıdır. Statistikaya görə, Azərbaycanda vərəmə yoluxanların təxmini sayı 10 min nəfərdən çoxdur. Amma bu da dəqiq rəqəm deyil. Mütəxəssislər, bu qeyri-dəqiqliyi bəzi həkimlərin və vətəndaşların məsuliyyətsizliyində görür. Yəni bir sıra halarda vərəm xəstələri rəsmi qeydiyyata düşnəkdən ehtiyatlanaraq gizli müalicə yolu tuturlar. Bir sıra Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda vərəmin müalicəsi məcburi qaydada həyata keçirilir. Bu xəstəliklə əlaqədar maarifləndirmə işlərinin aparılmasına baxmayaraq vərəmə yoluxanların sayı ilbəil artır. Vərəm yoluxucu xəstəlikdir və o insanlara əsasən hava-damcı yolu ilə yayılır. Mooden.az-ın məlumatına görə, Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi hesabatda bildirilib ki, 2010-cu ildə vərəmin erkən aşkarlanması əvvəlki ilə müqayisədə 29 fazi artıb və vərəmdən ölənlərin sayı azalıb. Belə ki, 2009-cu ildə 4797 nəfərə həyatında ilk dəfə aktiv vərəm diaqnozu qoyulubsa, 2010-cu ildə bu rəqəm 4611 nəfər olub. 2009-cu ildə vərəm xəstəliyindən ölənlərin sayı 517, 2010-cu ildə isə 408 nəfər olub. Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir