Modern.az

"Fatoğlu Azərbaycan Ltd." şirkətinin 150 min 568 manatı yanıb

"Fatoğlu Azərbaycan Ltd." şirkətinin 150 min 568 manatı yanıb

Təhsil

24 Mart 2011, 17:16

Martın 23-də, saat 11:40 radələrində, Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində Gəncə şəhər sakini Vahid Məlikov idarə etdiyi, "Fatoğlu Azərbaycan Ltd." MMC-yə məxsus "Fiat Albea" markalı və Bakı şəhər sakini Tural Hüseynovun idarə etdiyi "Range Rover" markalı avtomaşınlar toqquşub və bu zaman “Fiat Albea” markalı avtomaşında yanğın baş verib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə nəticəsində xəsarət almış R.Məlikov və sərnişinləri, Gəncə şəhər sakinləri Vəsilə Xəlilova, Aygün Xəlilova xəstəxanaya yerləşdiriliblər.
"Fiat Albea" markalı avtomaşında olan "Fatoğlu Azərbaycan Ltd." MMC-yə məxsus 200.568 manat puldan 150.568 manatı qismən yanıb.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Modern.az


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir