Modern.az

Pentaqon Qəddafiyə qarşı döyüşən koalisiyanın hərbi təyyarələrinin sayını açıqladı

Pentaqon Qəddafiyə qarşı döyüşən koalisiyanın hərbi təyyarələrinin sayını açıqladı

Təhsil

25 Mart 2011, 01:43

Pentaqon Qəddafi rejiminə qarşı döyüşən koalisiya qüvvələrinin hərbi təyyarələrinin sayını açıqladı.
Qərb dövlətlərinin koalisiya qüvvələri Liviya lideri Müəmmər Qəddafi rejiminə qarşı döyüşlərə hələlik 350 hərbi təyyarə çıxarıb. Modern.az saytı “France-Presse” agentliyinə istinadən bildirir ki, bu barədə məlumatı koalisiya qüvvələrinin qərargah rəisi vitse-admirak Uilyam Hortni verib.
Onun sözlərinə görə, həmin təyyarələrin yarıdan çoxu Amerikaya məxsusdur.
Uilyam Hortni keçirdiyi mətbuat konfransında Liviya ordusuna müraciət edərək silahı yerə qoymağa və Qəddafiyə qarşı çıxmağa çağırıb: “Biz Liviya ordusuna müraciət edirik, öz vətəndaşlarınızı qırmağa son qoyun, Qəddafinin əmrlərinə tabe olmayın”.

Xatırladaq ki, Liviyada hərbi əməliyyatlar 19 martda başlayıb. Qəddafi rejiminə qarşı hərbi əməliyyatlara əvvəlcə Fransa hərbi hava qüvvələri, ardınca Böyük Britaniya və ABŞ, daha sonra digər Avropa ölkələri, həmçiin Qətər, BƏƏ qoşulub.
Çümə axşamı Türkiyə də NATO qüvvələri tərkibində Liviyanın dənizdən blokadaya alınmasına qoşulduğunu bəyan edib.
Yeri gəlmişkən, ABŞ Liviyaya qarşı müharibədə komandanlığı NATO-ya verməkdə israr etsə də, koalisyaya qoşulan ölkələrdə bununla bağlı fikir ayrılığı qalır.

Modern.az

Sizə yeni x var
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir