Sabah dünyanın hər yerində yüz milyonlarla insan yer saatını qeyd edəcək. Bütün qadınlar, kişilər və uşaqlar yerli vaxtla axşam saat 8:30-da 60 dəqiqə ərzində işıqlarını söndürməklə dünyada baş verənləri dəyişmək istədikləri haqda güclü bir mesaj göndərəcəklər. BMT-nin Bakı nümayəndəliyi bubla bağlı BMT baş katibi Pan Gi Munun müraciətini yayıb. Müraciətdə bildirilir ki, əvvəlki illərdə olduğu kimi bu il də, dünyanın hər yerində BMT qurumları bu aksiyada iştirak edəcək. Nyu-Yorkda hal-hazırda təmir üçün bağlanmış baş qərargah da daxil olmaqla BMT-nin bütün binaları qaranlığa qərq olacaq.
Şərq Çayı sahildə, bütün dünyada sülh və əməkdaşlığın rəmzi olan bu əzəmətli binanın tikilməsindən artıq yarım əsrdən çox vaxt keçir. Nyu-Yorkdakı bu binada hal-hazırda çox zəruri təmir işləri aparılır. Təmir işləri başa çatdıqda, BMT-nin Az Enerjili Elektron Difraksiya (LEED) sertifikatlı yeni qərargahında daha az elektrik, su istifadə ediləcək və daha az israfa nail olunacaq. Bu bina müasir davamlı arxitekturanın ən gözəl nümunəsi olacaq.
“Bütün dünyada ayrı-ayrı fərdlər, icmalar, firmalar, hökumətlər ümumi gələcəyimiz üçün davamlı yaşayış və yeni texnologiyalar üçün yeni fikirlər ortaya qoymaqdadırlar. Sabah, gəlin dünyanı qorumaq və insanların rifahını təmin etmək məqsədi ilə birləşək. Gəlin 60 dəqiqəlik qaranlıqdan bütün dünyanın işığa çıxması üçün istifadə edək”-deyə müraciətdə bildirilib. Modern.az