Modern.az

Millət vəkili şəhid əsgərin ailəsinə baş çəkib

Millət vəkili şəhid əsgərin ailəsinə baş çəkib

Təhsil

26 Mart 2011, 14:26

Millət vəkili Qənirə Paşayeva martın 23-də Ermənistan Silahlı Qüvvələrinin qoşunların təmas xəttində atəşkəsi pozması nəticəsində şəhid olmuş hərbi qulluqçu 1985-ci il təvəllüdlü Ağayev Samir Hidayət oğlunun ailəsinə baş çəkib. Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində yaşayan şəhid ailəsi ilə görüşən millət vəkili bildirib ki, Vətən uğrunda şəhid olanların həyatı gənclərə örnək təşkil etməlidir. «Bütün Azərbaycan xalqı onların ruhu qarşısında baş əyir. Şəhidlərimiz milllətimizin və tariximizin yaddaşında daim yaşayacaq və böyük sevgi ilə  xatırlanacaqlar. Samir Fizuli rayonunda xidmət etməyi könüllü seçib. Ön cəbhədə düşmənlə üz-üzə torpaqlarımızı qoruyub və şəhid olub.  Tovuzda onu tanıyanlar və hərbi xidmət yoldaşları onu mərd, vətənpərvər  bir oğlu kimi xatırlayırlar. Onun ruhu qarşısında baş əyirik»

Qeyd edək ki, Samir Ağayev Tovuz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Füzulu rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlında ermənilərin atəşkəsi pozması nəticəsində martın 23-də şəhid olub.

Modern.az

 

 

Sizə yeni x var
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir