Modern.az

AXCP-çi gənci oğurlayıb başına torba keçirərək döyüblər

AXCP-çi gənci oğurlayıb başına torba keçirərək döyüblər

Təhsil

26 Mart 2011, 14:29

AXCP fəalı, «Azadlıq» qəzetinin əməkdaşı Seymur Həziyev martın 25-dən, 26-na keçən gecə qaçırılaraq işgəncəyə məruz qalıb. Seymur Həziyev "Azadlıq" radiosuna deyib ki, hadisə gecə saat 00:30-da Ceyranbatanda baş verib.
«Azadlıq» qəzetinin əməkdaşı deyir ki, işdən evə gəlirmiş və hadisə də qəsəbədəki avtobus dayanacaqlarının birində baş verib:
«6 nəfər maskalı şəxs mənə basqın edib başıma torba keçirdi. Məni döyüb, işgəncə verdilər. Döyülmə və işgəncə prosesini de videoya çəkdilər. Mənə dedilər ki, başını aşağı sal yaşa. Hamı bu ölkədə necə yaşayırsa, sən de elə yaşa. Yoxsa daha betər faciələrlə üzləşərsən».
Seymur Həziyev deyir ki, onun küt alətlərlə bədəninə vurublar. Çətin nəfəs alır və indi ona elə gəlir ki, 2 qabırğası batıb. Ancaq hansı xəsarət aldığı ona həkim müayinəsindən keçdikdən sonra bəlli olacaq.
Seymur Həziyev hadisə ilə bağlı Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun ofisində mətbuat konfransı keçirib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir