Modern.az

Qanunsuz ovçuluq edənlərin hər biri 1000 manat cərimələnib

Qanunsuz ovçuluq edənlərin hər biri 1000 manat cərimələnib

Təhsil

26 Mart 2011, 14:58

11-19 mart 2011-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyatı qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilib. 
Samux Ovçuluq Təsərrüfatı ərazisində keçirilən reyd zamanı qanunsuz ovla məşğul olan Goranboy rayon Qazaxlar kənd sakini Ziyabil Sarıyev saxlanılıb və ondan 1 ədəd ov tüfəngi və 1 patron götürülüb. Həmin şəxs barəsində müvafiq akt və protokol tərtib edilərək inzibati qaydada 1000 manat məbləğində cərimə olunub.
Qax rayonu Cəlayir kəndinin “Qovra” adlanan sahəsində qanunsuz ovla məşğul olan Qax rayonu Dəymədağ kənd sakini Coşqun Məmmədov saxlanılaraq ondan 1 ədəd ov tüfəngi götürülüb. Həmin şəxs barəsində müvafiq akt və protokol tərtib olunub, inzibati qaydada 1000 manat məbləğində cərimə edilib.
Şirvan Milli Parkının ərazisində də qanunsuz ovla məşğul olan Salyan rayon Yenimuğan kənd sakini Siyasət Əkbərov saxlanılıb. Ondan 1 ov tüfəngi, 17 patron və 1 patrondaş götürülüb. Həmin şəxs barəsində akt və protokol tərtib edilmiş və 1000 manat məbləğində cərimə olunub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir