Bu gün Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçirilib. APA-nın məlumatına görə, toplantıda yeni seçilən rayon təşkilatı sədrlərinin Məclis üzvü səlahiyyətləri təsdiq olunub. Sonra partiyanın növbəti qurultayına hazırlığın gedişi haqqında Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin məlumatı dinlənilib. Toplantıda 2 aprel ümumxalq mitinqinə hazırlıq və İctimai Palatanın rayon təşkilatlarının yaradılması haqqında məsələlər də müzakirə edilib. Müsavat Partiyasının başqanı İsa Qəmbər “Ölkədə ictimai-siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələr” mövzusunda geniş məruzə edib. Müzakirə olunan məsələlər ətrafında müvafiq qərarlar qəbul edilib. Məclis Gülağa Aslanlını Müsavat Partiyası başqanının müavini vəzifəsinə təsdiq edib. Sonda cari məsələlərə baxılıb. Modern.az