Modern.az

Sərkisyan İrana gedib

Sərkisyan İrana gedib

Təhsil

27 Mart 2011, 23:00

Ermənistanın prezidenti Serj Sərkisyan martın 27-də İran İslam Respublikasına səfər edib. Prezident Mahmud Əhmədinejatın dəvəti ilə baş tutan bu səfərdə Sərkisyan iranlı həmkarıyla yanaşı, bu ölkənin dini lideri Əli Xamenei ilə də görüşlər keçirəcək.

BBC-nin məlumatına görə, bu günlər Avropa parlamenti üzvlərinin suallarına cavab verən Ermənistanın baş naziri Tiqran Sərkisyan deyib ki, İrana qarşı beynəlxalq sanksiyalar, sərhədləri yalnız bu ölkə ilə və Gürcüstanla açıq olan, Ermənistana da toxunur.

Son 10 il ərzində İranla Ermənistan arasında reallaşdırılan layihələr üzrə sərhəd üstündə körpü tikilib və İran-Ermənistan qaz kəməri çəkilib. Lakin bu kəmərlə Ermənistana yanacaq ötürülüb-ötürülmədiyi və onun həcmi haqqında ağılabatan bir məlumat yoxdur.

Növbədə 100 milyon dollar dəyərləndirilən neft kəməridir. Ermənistan inşaat işləri bu ilin sonunda başlanacağını və iki il ərzində başa çatdırılacağını bildirir. Daha bir layihə üzrə – Təbrizdən Ermənistan sərhədinədək çəkiləcək 550 kilometrlik avtomaqistralın tikintisi üçün - İran tərəfi artıq 60 milyon dollar ayırıb. Layihənin ümumi dəyəri 1,5 milyard dollar təşkil etdiyi bildirilir. İki il bundan əvvəl İrəvan Asiya bankı ilə 500 milyon dollar həcmində kredit haqqında müqavilə imzalayıb. Lakin layihənin nə zaman gerçəkləşdiriləcəyi məlum deyil.

İran-Ermənistan dəmir yoluna gəldikdə, hələ ötən il Rusiya tərəfi layihənin texniki tapşırığı üzərində işi başa çatdırıb, lakin hələlik investor tapılmayıb.

İqtisadi layihələrdən başqa, İrəvanda İran Qarabağ münaqişəsinin Ermənistan üçün istənilməz şəkildə tənzimlənməsinin qarşısını alan bir amil kimi nəzərdən keçirilir.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir