Modern.az

Ahıska türkləri Gürcüstan hakimiyyətindən cavab gözləyir

Ahıska türkləri Gürcüstan hakimiyyətindən cavab gözləyir

28 Mart 2011, 12:21

Gürcüstan Avropa Şurasına qəbul olunarkən 2012-ci ilədək Ahıska türklərinin öz yurdlarına repatriasiyasını təmin etmək barədə öhdəlik götürüb.

Qeyd edək ki, sovet vaxtı Ahıska türkləri dədə-baba torpaqları olan Gürcüstandan Orta Asiya ölkələrinə, Sibirə sürgün edilib.

Modern.azın əməkdaşı Ahıska türklərinin Gürcüstana qayıtması ilə bağlı məslənin nə yerdə olduğunu öyrənməyə çalışıb.

“Ahıska türklərinin Gürcüstana qayıtması ilə bağlı hər hansı bir yenilik yoxdur”. Bu sözləri Ah;ska türklərinin “Vətən” Cəmiyyətindən deyiblər.

Bu ilin yanvarın 24-28-i arası, dörd günlük Strasburqda işgüzar səfərdə olan cəmiyyətin rəhbərliyi Abdulla Gül və Mövlud Çavuşoğlu ilə görüşüb: “Avropa Şurasında xeyli görüşlərimiz oldu. İstəklərimizi, iradlarımızı doğru şəkildə protokollaşdırıb lazımi komissiyyalara təqdim etdik. Bundan əlavə, Abdulla Gül və Mövlud Çavuşoğlu ilə  görüşdük və bu məsələ üzərində danışıq”.

Ahıska türklərinin Gürcüstana qayıtması ilə bağlı verilən müddət hələ bitmədiyinə görə, onlar gözləmə mövqeyindədirlər: “Avropa Şurasından Gürcüstana verilən müddət 2011-ci ilin sonunda bitir. Buna görə, bizim mövqeyimiz gözləməkdir. Təbii ki, fəaliyyətlərimizi, tələblərimizi də o şəkildə qoyuruq”.

Cəmiyyətdən onu da qeyd ediblər ki, Ahıska türklərinin vətənlərinə qayıtması ilə bağlı bilgi yaxın günlərdə Gürcüstan yetkililəri ilə keçiriləcək görüşdən sonra veriləcək: “Strasburqda olduğumuz müddətdə Gürcüstan nümayəndələri, parlamentin sədr müavini ilə də görüşdük. O bizi əmin etdi ki, yaxın günlərdə Gürcüstanda dövlət yetkililəri ilə görüş təyin ediləcək və o görüşdə biz də iştirak edəcəyik. Amma görüşün günü və vaxtı hələ təyin olunmayıb”.

Ahıska türklərinin Gürcüstana qayıtması ilə bağlı 13 min ərizə toplanıb. Ərizələrdən 5428-i artıq Gürcüstan yetkililərinə təqdim olunub: “Sənədlər Azərbaycandakı Gürcüstan səfirliyinə təqdim olunub, onlar aidiyyatı qurumlara ötürüblər və Gürcüstan yetkililəri də artıq orda bu işlə məşğul olan komissiyalar yaradıblar.

Bu gün Gürcüstana, orda müəyyən çətinliklər olamsına baxamyaraq, ümummulikdə 42 ailə öz vəsaiti hesabına gedib. Burda cəmiyyətin təşkilatı işi olmayıb. 20-ə yaxın ailə isə Azərbaycandan gedib”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat