Modern.az

“Novruz sammiti”nə gələn il Türkiyə ev sahibliyi edəcək

“Novruz sammiti”nə gələn il Türkiyə ev sahibliyi edəcək

29 Mart 2011, 12:52

Türkiyə 2012-ci ildə beynəlxalq Novruz tədbirinin keçirilməsinə ev sahibliyi edəcək. Bu barədə Tehranda keçirilimiş samitdə baş nazirin müavini Bülənt Arınc bildirib. Onun sözlərinə görə, İranın dövlət başçısı Əhmədnejadla keçirdiyi görüşü zamanı İran prezidenti bu təklifi dəstəkləyib.

“Hüriyyət” qəzetinin məlumatına görə, baş nazirin müavini bu məsələni Azərbaycan, İraq, Türkmənistan, Pakistan, Əfqanıstan və Tacikstanın nümayəndələri ilə də müzakirə edib.

İranda keçirilən ikinci beynəlxalq Novruz tədbiri deklarasiyanın qəbul edilməsi ilə başa çatıb. Qeyd edək ki, bu il İran ilk dəfə olaraq Ermənistanı tədbirə dəvət edib. Serj Sərkisyan dəvəti qəbul edərək sammitə qatılıb.  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?