Modern.az

Kəmaləddin Heydərov səfirlə görüşüb

Kəmaləddin Heydərov səfirlə görüşüb

29 Mart 2011, 16:48

FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, bu gün Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Latviyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hardiys Baumanisi qəbul edib.

Nazir ölkəmizdə fövqəladə halların idarə olunması sahəsində görülən işlər və nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə səfirə ətraflı məlumat verib. Görüşdə həmçinin, "Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş"in və cari ilin aprel ayında Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Latviya daxili işlər naziri Linda Murniesenin ölkəmizə planlaşdırılan rəsmi səfərinin gələcək əlaqələrin daha da inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Səfir də öz növbəsində, nazir K.Heydərova səmimi qəbula görə təşəkürünü bildirərək ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 Modern.az

 

                                  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?