Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclası keçirilib.
MTRŞ-dan verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb. Yayım Şurası üzvləri arasında keçirilmiş seçkiyə əsasən, Cahangir Məmmədli yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri seçilib.
Xatırladaq ki, bir müddət əvvəl Milli Məclisdə İctimai Televiziya və Radio Yayımları Şurasının üzvlüyünə Həmkarlar İttifaqı Konfederasiyadan Aqil Dadaşov, AMEA-dan Muxtar İmanov, Mətbuat Şurasından isə Cahangir Məmmədlinin namizədliyi təsdiqlənmdi.
Modern.az