Modern.az

“ZQAN-Holdinq” Qubada 105 ha ərazidə otel kompleksi tikir

“ZQAN-Holdinq” Qubada 105 ha ərazidə otel kompleksi tikir

30 Mart 2011, 10:55

“ZQAN-Holdinq” Qubada 105 hektar ərazidə otel kompleksi tikir. Bu barədə Modern.az-a Quba rayonun icra başçısı Rauf Həbibov bildirib.
İcra başçısının sözlərinə görə, 120 metr uzunluğu və 30 metr eni olan 8 mərtəbəli oteldə turistlər üçün bütün şərait yaradılacaq. Bundan başqa, kompleksdə istifadəyə veriləcək 30 kottec bura istirahətə gələn turistlərin dincəlməsi üçün əlverişli yer olacaq.

Burada ilk dəfə olaraq süni göl və şəlalə yaradılıb. Otel personalına xaricdən dəvət olunmuş mütəxəssislər təlimlər keçəcək. İstirahət obyekti yaxın aylarda istifadəyə veriləcək.

İcra başçısı deyib ki, adı çəkilən istirahət kompleksi dünyada analoqu olmayan bir istirahət ocağı olacaq. 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?