Modern.az

Azərbaycanda qanunu pozan 61 nəfərdən 61 silah, 229 patron götürülüb

Azərbaycanda qanunu pozan 61 nəfərdən 61 silah, 229 patron götürülüb

30 Mart 2011, 11:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən 01 yanvar-27 mart 2011-ci il tarixlərində aparılan araşdırmalar zamanı Altıağac Milli Parkının ərazisində qanunsuz ovla məşğul olan 5 nəfər saxlanılıb, onlardan 5 ov silahı götürülüb, 1 nəfərə inzibati qaydada cərimə tətbiq edilib. Digər 4 nəfərin şəxsiyyətinin müəyyən edilməsi üçün Xızı rayon Polis Şöbəsinə müraciət olunub.

Ağgöl Milli Parkının
ərazisində qanunsuz ovla məşğul olan 8 nəfər saxlanılaraq onlardan 8 ov silahı və 96 patron götürülüb, 6 nəfərə inzibati qaydada cərimə tətbiq olunüb. Üç nəfərin şəxsiyyətinin müəyyən edilməsi üçün Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edilib.

Hirkan Milli Parkının ərazisində qanunsuz ovla məşğul olan 1 nəfər saxlanılıb, ondan 1 ov silahı götürülərək inzibati qaydada cərimə olunub.

Şirvan Milli Parkının ərazisində qanunsuz ovla məşğul olan 1 nəfər saxlanılaraq ondan 1 ov silahı, 17 patron və 1 patrondaşı götürülüb və həmin şəxs inzibati qaydada cərimə edilib.

Şahdağ Milli Parkının ərazisində qanunsuz ovla məşğul olan 9 nəfər saxlanılıb, onlardan 9 ov silahı, 4 patron və 1 baş dağıstan turu götürülüb. Qanunu pozmuş şəxslərin hər biri inzibati qaydada cərimə olunub.

Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində qanunsuz ovla məşğul olan 3 nəfər saxlanılıb. Onlardan 3 ov silahı və 44 patron götürülüb. Həmin şəxslər inzibati qaydada cərimə edilib.

Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində qanunsuz ovla məşğul olan 8 nəfər saxlanılıb. Onlardan 8 ov silahı və 10 patron götürülüb. Yeddi nəfər inzibati qaydada cərimə edilib. Bir nəfərin isə şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə Balakən Rayon Polis Şöbəsinə müraciət olunub.

İlisu Dövlət Təbiət Qoruğunun ərazisində qanunsuz ovla məşğul olan 1 nəfər saxlanılıb. Bir ov silahı və 4 patron götürülmüş və inzibati qaydada cərimə edilib.

Samux Dövlət Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ovla məşğul olan 5 nəfər saxlanılıb. Onlardan 5 ov silahı və 4 patron götürülərək hər birinə inzibati qaydada cərimə tətbiq olunub.

Modrn.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?