Modern.az

Qəddafinin taleyini 35 ölkənin XİN rəhbəri müzakirə edib

Qəddafinin taleyini 35 ölkənin XİN rəhbəri müzakirə edib

30 Mart 2011, 12:02

Muəmmər Qaddafinin gələcəyini 35 ölkənin xariçi işlər naziri və beynəlxalq təşkilatların nümayəndələri müzakirə edib.

Modern.az saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, konfrans İngiltərənin paytaxtı Londonda keçirilib və müzakirələrdə Liviya müxalifəti iştirak edib.

Konfransda İtaliya və İngiltərə dövlətinin nümayəndələri Qəddafinin gələcəyi ilə bağlı təkliflə çıxış ediblər.

Beləki, onların fikrinə görə, Qəddafi beynəlxaq məhkəmənin hökmü olmadan sürgünə göndərilməlidir. BMT, İKT, NATO və Ərəb Birliyinin də təmsil olunduğu konfransda Qəddafinin sürgünə göndərilməsi təklifini İtaliya irəli sürüb. İtaliyanın xarici işlər naziri Fratini “Liviyada əvvəl atəşkəs elan ediləcək, sonra isə Qəddafi sürgünə göndəriləcək, daha sonra isə Liviya müxalifəti ilə Liviyadakı tayfalar ölkənin gələcəyi ilə bağlı qərar verəcək ”-deyə bildirib.

İngiltərə xarici işlər naziri Vilyam Hague və ABŞ-ın dövlət katibi Hillari Klinton isə İtaliyanın bu təklifi ilə razı olmadıqlarını ifadə ediblər. "Əgər Qəddafi sürgünə getməyi qəbul etsə, hara gedəcəyinə özü qərar verəcək. Təqaüdə gedəcəyi yerə biz qərar vermirik "deyə söyləyiblər.

Klintonun sözlərinə görə, Liviyaya  hücumların dayanması üçün Qəddafi tərəfdarlarının bütün şəhərlərdən çəkilməsi şərtinə əməl etməlidir.

Konfransa Afrika Birliyi qatılmayıb. Afrika Biriyi "Liviya mövzusunda bizdən bir şey soruşan yoxdur" deyə sərt reaksiya göstərib. Konfransda Ərəb Birliyinin baş  katibi Əmir Musanı Londondakı səfir təmsil edib.  
Daha əvvəl dəvət ediləcəyi gözlənilən Rusiya da konfransda iştirak etməyib. Konfransa ərəb dünyasından Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin də olduğu 7 ərəb ölkəsi iştirak edib.

Konfransda iştirak edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə bildirib ki, bu sahədə ilk olaraq atəşkəsi təmin etmək lazımdır. Onun sözlərinə görə, Qəddafinin getməsi atəşkəsdən daha az əhəmiyyət daşıyan mövzudur.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?