31 mart Azərbaycanlıların Soyqrımının 93-cü ildönümü ilə əlaqədər olaraq Daşkəsəndə ümumrayon yığıncağı keçirilib. Tədbirdə ötən illər ərzində ermənilər tərəfindən xalqımıza qarşı törədilən vəhşiliklərə bir daha nəzər yetirilib. Daşkəsən rayonu İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, 1905 ci ildən başlayaraq müxtəlif vaxtlarda xalqımıza qarşı sıyqrımları törədilib. 1918-ci ildə isə Bakıda və şəhərətrafı kəndlərdə eləcə də bir neçə rayonda daha dəhşətli soyqrımı qeydə alınıb. Bakı soveti və daşnak erməni silahlı dəstələri tərəfindən 12 minədək azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
Ə.Abıyev deyib ki, mərhum prezident Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu qanlı cinayətə əsl hüquqi-siyasi qiymət verilib.
Mərasimdə qeyd edilib ki, ermənilərin tarix boyu törətdikləri qırğınların əsas məqsədi Azərbaycan ərazisində “Böyük Ermənistan dövləti” yaratmaq ideyası olub. Ancaq prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində onların bu niyyətləri ürəklərində qalıb. Çıxışlarda düşmən tapdağı altında olan torpaqlarımızın gec-tez azad olunacağına əminlik ifadə olunub.
“Mən inanıram ki işğal olunmuş torpaqlarımız azad olunacaq. Azərbaycandakı inkişaf iqtisadi bolluq onu deməyə əsas verir ki biz Ermənistana qalib gələcəyik. Yəni o mənadakı bugünkü iqtisdi vəziyyəti ürəkaçan olmayan Ermənistan və onun əhalisi özüdə torpaqları bizə qaytarmağa razıdır. Beynəlxalq təşkilatlarda Azərbaycanın güclü dövlət olmasını təsdiqləyir” deyə Daşkəəsn RİH-nin başçısı Əhəd Abıyev bildirib. Ermənilər tərəfindən bir neçə dəfə azərbaycanlılara qarşı törədilmiş soyqrımlara bu vaxtadək beynəlxalq ictimaiyyət tərəfindən layiqli qiymət verilməməsi mərasim iştirakçıları tərəfindən təsüfflə qarşılanıb.
Mərasimdə Daşkəsənli gənclərin vətənə və torpağa bağlığıda önə çəkilib. Qeyd edilib ki, daşkəsənlilər daim ələd silah ali baş komandanın əmrini gözləyir.
Xaliq Qurbanov
Daşkəsən