Modern.az

NATO-dan şok açıqlama: “Qəddafiyə qarşı “Əl-Qaidə” döyüşür”

NATO-dan şok açıqlama: “Qəddafiyə qarşı “Əl-Qaidə” döyüşür”

30 Mart 2011, 15:50

Alyansın yüksək rütbəli zabiti Liviya rəhbərinə qarşı döyüşənlər arasında “Əl-Qaidə” silahlılarıının olduğunu deyib

NATO-nun yüksək rütbəli zabiti Liviya rəhbəri Qəddafiyə qarşı döyüşən üsyançıların arasında “Əl-Qaidə” və “Hizbullah” nümayəndələinin olduğunu deyib. Modern.az Frans-Press-ə istinadən bildirir ki, admiral Ceyms Stavridis Senat qarşısında çıxış edərkən deyib ki, kəşfiyyat məlumatlarına əsasən belə faktlar müəyyən edilib.

Admiral bildirib ki, hazırda NATO Qəddafiyə qarşı döuyüşən quvvələr və onların liderləri barədə dürüst məlumatların əks olunduğu sənədləri hazırlamaqla məşğuldur.

“Hal hazırda əlimizdə “Əl-Qaidə”nin Liviya müxalifətçiləri arasında tərəfdarlarının nə qədər olması barədə kəşfiyyat məlumatları azdır. Biz bunu müəyyən etməyə çalışırıq”-deyə o vurğulayıb.

Qeyd edək ki, Müəmmər Qəddafi də çıxışlarında xəbərdarlıq edib ki, o “Əl-Qaidə” silahlılarına qarşı vuruşur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?